Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı kümçülər növbəti barama mövsümündə əzmlə çalışırlar.

19 may 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin  ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr laçınlı kümçülər tərəfindən  də uğurla icra olunur.
     Növbəti barama mövsümünə həvəslə qoşulan kümçülər  əvvəlki illərdə olduğu kimi cari  ildə də bu sahədə işlərini müvəffəqiyyətlə icra etmələri üçün müvafiq hazırlıq işləri görürlər.
     Cari  ildə  növbəti barama mövsümünün başlanılması ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Laçın Rayon Dövlət Aqrar İnkişafı Mərkəzi birlikdə barama qurdları Qax Damazlıq İpəkçilik Stansiyasından  götürülərək  vaxtında   kümçülərə paylanılmşdır.
      Hazırda barama qurdlarının bəslənməsi ilə bağlı  kümçülərə lazımi tövsiyələr verilməklə rayonda barama istehsalının artırılması üçün müvafiq  tədbirlər görülür.

Keçidlər