Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan kadr islahatları dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir.

12 may 2020 | 16:00

Dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən, ölkə vətəndaşlarının rəğbətlə qarşıladığı,  hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış, 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Bu sahədə aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar,  xüsusilə “Asan” xidmət sahəsinin genişləndirilməsi, ölkədə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması istiqamətində xeyli işlər görülmüşdür. Lakin bununla  yanaşı çox təəssüf ki, bir sıra rayonlarda rəhbər işdə işləyən dövlət məmurlarının fəaliyyətində geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən düzgün nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən faliyyətlərində neqativ hallra yol verməkə idarəçilik siteminə mənfilik gətirən, koronavirus (COVİD-19) pandemiyasının yayıldığı bir vaxtda dövlət tərəfindən vətəndaşlara göstərilən qayğıya “kölgə” salaraq imkansız ailələrə olunan yardımlardan, yaradılan ictimai iş yerlərindən belə öz şəxsi mənafeləri üçün bəhrələnməyə çalışan Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə  nümayəndələrin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarınıda əhatə edəcəyini açıq bildirmişdir.
8 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur.Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin, maddi və mənəvi dəyərlərinin. Qədim arxitekturaya malik tikinti obyektlərinin  qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi əhali tərəfindən haqlı olaraq hiddətlə qarşılanmaqla, ən kəskin tərzdə el qınağına çevrilmişdir.  Ermənistanın ölkəmizə qarşı hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiq olunmalıdır.
Laçın rayon ictimaiyyəti dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlər aparılan geniş miqyaslı tədbirləri hamılıqla dəstəkləyirlər.

Keçidlər