Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı iş adamı Qasımov İsgəndər Bəhmən oğlu da xeyiriyyəçilik təşəbbüsünə qoşulmuşdur

30 aprel 2020 | 16:00

    Dünyada sürətlə yayılan koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədi ilə tətbiq edilmiş xüsusi  karantin rejimi şəraitində ölkə  Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik kimi nəcib təşəbbüsünə qoşularaq daha çox ehtiyacı olan insanlara  maddi və mənəvi dəstək göstərilməsi istər dövlət qurumları, istərsə də ayrı-ayrı iş adamları  tərəfindən birmənalı şəkildə  dəstəklənərək,belə tədbirlərə qoşulma  bir ənənə halını almışdır.
    Bu nəcib xeyirxahlıq təşəbbüsünə  qoşulan  növbəti  iş adamı isə laçınlı Qasımov İsgəndər Bəhmən oğlu olmuşdur.
   Belə ki, 2020-ci il 30 aprel tarixdə laçınlı iş adamı Qasımov İsgəndər Bəhmən oğlu tərəfindən Göygöl rayonu ərazisində  müvəqqəti məskunlaşmış,  Laçın rayonundan olan 65 daha imkansız və aztəminatlıailəyə gündəlik tələbat mallarından ibarət ərzaq bağlaması paylanılmışdır. Köçkünlərə ərzaq bağlaması  paylanışı ilə yanaşı onlara xüsusi  karantin rejimi şəraitində qaydalara düzgün riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunmuşdur.

   Laçınlı məcburi köçkünlər onlara göstərilən davamlı  diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Keçidlər