Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən daha çox ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanılmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirilmiş, bütün dövlət qurumları bu işə səfərbər edilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da koronavirus pandemiyası ilə bağlı həyata keçirilən tədbirlərdə yaxından iştirak etmişdir.
Konfederasiya tərəfindən respublika ərazisində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2020-ci il 29 aprel tarixində Ağcabədi şəhəri ərazisində köhnə idarə binalarında müvəqqəti məskunlaşmış 50 laçınlı köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bağlamalar paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
Köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.