Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı iş adamı Hüseynov Nazim Ayaz oğlu da xeyriyyəçilik aksiyasına qoşuldu.

28 aprel 2020 | 16:00

     Dünyada geniş yayılmış  koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən  vaxtında  zəruri addımlar atılıraq, davamlı olaraq müvafiq tədbirlər görülür.
     Həmin tədbirlərə qoşulan laçınlı iş adamı, Qarabağ müharibəsi veteranı Hüseynov Nazim Ayaz oğlu  laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Bakı şəhəri  ərazisində, karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək  məqsədi ilə “Evdə qal “ kampaniyası çərçivəsidə xeyriyyə tədbiri keçirmişdir.
     28 aprel 2020-ci il tarixdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində həyata keçirilən həmin aksiya zamanı, karantin rejimi şəraitində  əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan 45 ailəyə ərzaq bağlamaları paylanılmışdır.
    Ərzaq bağlamalarını qəbul edən laçınlı köçkünlər  bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
     Aksiya zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara  özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə evdə qalmaları tövsiyə edilmişdir

Keçidlər