Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır

28 aprel 2020 | 16:00

      Bu gün xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ili tamam olur.
    Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
   1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.
    O, 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-1985-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri əzifələrində çalışmışdır.
     Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan  Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Belə ki, “Terapevtikoftalmologiya”, “İri dodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin tədqiqatçılarından biri olan Zərifə Əliyeva, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmaqla respublikamaızda bu sahədə yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük xidmətləri olmuşdur.
    Şərəfli fəaliyyəti dövründə akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. O,  yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
     Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuş, xalqımıza Möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi insanpərvər, qayğıkeş, ölkəmizin inkişafı və tərəqqisi naminə yorulmadan çalışan  bir övlad bəxş etmişdir.
     Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir.
    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanınşərəfli ömür yolu iləiftixar hissi keçirən xalqımız tərəfindən onun əziz xatirəsi daim hörmət və ehtiramla yad olunur.

Keçidlər