Qarabağ qazisi, laçınlı iş adamı Nazim Qəhrəmanov və laçınlı sahibkar Vidadi Ədilov da xeyiriyyəçilik təşəbbüsünə qoşulmuşlar.
Dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayılması ilə bağlı tətbiq edilmiş karantin rejimi şəraitində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik kimi nəcib təşəbbüsünə qoşularaq aztəminatlı vətəndaşlara yardımların paylanılması, onlara maddi və mənəvi dəstək göstərilməsi ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməklə artıq bir ənənə halına çevrilmişdir.
Bununla bağlı laçınlı ahıl, tənha və aztəminatlı ailələrə yardım olunması təşəbbüsünə Qarabağ qazisi, laçınlı iş adamı Qəhrəmanov Nazim Əziz oğlu və laçınlı sahibkar Ədilov Vidadi Yusif oğlu da qoşulmuşlar.
Belə ki Qarabağ qazisi, laçınlı iş adamı Nazim Qəhrəmanov və laçınlı sahibkar Vidadi Ədilov Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinin “Qağayı” düşərgəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 75 ailəyə ərzaq yardımının verilməsini qərara almışlar.
Nazim Qəhrəmanov və Vidadi Ədilov 2020-ci il 25 aprel tarixdə həmin ərzaq yardımlarının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinin “Qağayı” düşərgəsində müvəqqəti məskunlaşmış laçınlı ailələrə paylanılmasını təşkil etmişlər.
Ərzaq yardımlarının paylanışı ilə yanaşı məcburi köçkünlərin karantin rejimi qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunmuşdur.
Məcburi köçkünlər onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.