Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Seyidlər kəndindən olan iş adamı Əhmədov Murtuza Məhəmməd oğlu da laçınlıların xeyirxahlıq təşəbbüsünə öz töhfəsini vermişdir.

24 aprel 2020 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantin rejimi ilə əlaqədar istər dövlət qurumları, istərsə də ayrı-ayrı iş admaları tərəfindən aztəminatlı vətəndaşlara yardımların paylanılması, onlara maddi və mənəvi dəstək göstərilməsi ictimaiyyət tərəfindən yüksək razılıqla qarşılanır və birmənalı şəkildə dəstəklənir.

      Bununla bağlı bu xeyirxahlıq təşəbbüsünə Laçın rayonunun Seyidlər kəndindən olan iş adamı Əhmədov Murtuza Məhəmməd  oğlu da qoşulmuşdur.

       Belə ki, Laçın rayonunun Seyidlər kəndindən olan iş adamı Murtuza Əhmədov xalqımıza xas olan insanpərvərlik ənənələrinə sadiq qalaraq, Bakı şəhərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 100-dən çox ailəyə ərzaq yardımının verilməsini öz öhdəsinə götürmüşdür. Həmin ərzaq yardımları 2020-ci il 24 aprel tarixdə Bakı şəhərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 100-dən çox ailəyə paylanılmışdır.

       Ərzaq yardımlarının paylanışı ilə yanaşı məcburi köçkünlərin karantin rejimi qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.

        Məcburi köçükünlər onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər