Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ qazisi, laçınlı iş adamı Babək Qafar oğlu Aslanov da xeyirxahlıq təşəbbüsünə qoşulmuşdur.

23 aprel 2020 | 16:00

Dünyada  koronavirus (COVID-19) infeksiyasının geniş yayılması ilə bağlı tətbiq edilmiş karantin rejimi şəraitində ölkə  Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik kimi nəcib təşəbbüsünə qoşularaq aztəmatlı vətəndaşlara yardımların paylanılması, onlara maddi və mənəvi dəstək göstərilməsi ictimaiyyət tərəfindən birmənalı şəkildə  dəstəklənməklə bir ənənə halına çevrilmişdir.
    Bununla bağlı laçınlı ahıl, tənha və  aztəminatlı ailələrə yardım olunması təşəbbüsünə Qarabağ qazisi, laçınlı iş adamı Babək Aslanov da  qoşulmuşdur.
Belə ki, laçınlı Qarabağ qazisi, iş adamı Babək  Aslanov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda  müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 60 ailəyə ərzaq yardımının verilməsini qərara almışdır. 
2020-ci il 23 aprel tarixdə həmin ərzaq yardımlarının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda  müvəqqəti məskunlaşmış laçınlı ahıl, tənha və aztəminatlı ailələrə paylanılması təşkil edilmişdir.
    Ərzaq yardımlarının paylanışı ilə yanaşı məcburi köçkünlərin karantin rejimi qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunmuşdur..
       Məcburi köçüknlər onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər

 

Keçidlər