Laçınlı imkansız ailələrə ərzaq paylanışı davam etdirilir.
Dövlət başçısı cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq, yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir. Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə əlil, ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara mütəmadi baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Növbəti belə xeyriyyəçilik tədbiri 2020-ci il 17 aprel tarixdə Bərdə şəhərinin "Beton zavod" və "SUM-32" adlanan yaşayış massivlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmişdir. Xeyriyyə aksiyası zamanı ümumilikdə 30-dan çox ailəyə yerdə ərzaq bağlamaları paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir. Köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.