Laçınlı iş adamı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin təşəbbüsünə qoşuldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantin rejimi ilə əlaqədar olaraq aztəmatlı vətəndaşalara yardımların paylanılması, onlara maddi və mənəvi dəstək göstərilməsi ictimaiyyət tərəfindən yüksək razılıqla qarşlanır. Bununla bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsünə laçınlı iş adamı Sadıqov Elnur Akif oğlu da qoşulmuş, bu aksiyaya öz layiqli töhfəsini vermişdir. Belə ki, onun köməkliyi ilə 2020-ci il 18 aprel tarixdə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 17 A ünavanda müvəqqəti məskunlaşmış Laçın və Ağdam rayonlarından olan 40-dan çox məcburi köçkün ailəsinə ərzaq bağlamaları paylanılmış, karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir. Məcburi köçüknlər onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.