Şriftin ölçüsü :

Saytın rəngi :

İmkansız ailələrə ərzaq paylanışı davam edir.

15 aprel 2020 | 16:00

     Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilir.
    Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq, yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkəmizdə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Laçın RİH-nin əməkdaşları, rayon təşkilatları, YAP fəalları və könüllülər koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində iştirak edərək, bu qəbildən olan sakinlərə yardımlar edir, onlara maddi və mənəvi dəstək olurlar.
Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə şəhid ailələri, əlil, ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara mütəmadi baş çəkilir, onlara ərzaq yardımı göstərilir.
     Növbəti belə xeyriyyəçilik tədbiri 2020-ci il 15 aprel tarixdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsi tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmişdir. Xeyriyyə aksiyası zamanı ümumilikdə 12 ailəyə yaşadıqları ünvanlarda ərzaq bağlamaları paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
    Köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Keçidlər