Şriftin ölçüsü :

Saytın rəngi :

Daha 90 imkansız ailəyə də yardım olundu.

13 aprel 2020 | 16:00

      Hazırda dünyada koronavirus (COVID-19) infeksiyasının kəskin yayıldığı bir vaxtda əhalinin müxtəlif təbəqələrinin, o cümlədən idarə, müəssisə və təşkilatların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir. Ölkəmizin hər yerində olduğu kimi, Laçın rayon sakinlərinin də müvəqqəti məskunlaşdıqları ərazilərdə bu istiqamətdə davam etdiriən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
      Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə şəhid ailələri, əlil, ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara mütəmadi baş çəkilir, onlara ərzaq yardımı göstərilir.
    Növbəti belə xeyriyyəçilik tədbiri 2020-ci il 12 aprel tarixdə Ağcabədi Peşə Məktəbinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə keçirilmişdir. Xeyriyyə aksiyası zamanı ümumilikdə 90 ailəyə  yaşadıqları ünvanlarda ərzaq bağlamaları paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
    Köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
    Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Keçidlər