Laçınlı aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsi davam etdirilir.
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Belə ki, həmin tədbirlərin davamı olaraq, 2020-ci il 10 aprel tarixdə Laçın Rayon Polis Şöbəsinin rəhbərliyinin dəstəyi ilə növbəti ərzaq yardımlarının Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə çatdırılması qərara alınmışdır. Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən bu xeyriyyə aksiyası sakinlər tərəfindən yüksək razılıqla qarşlanmışdır.
Ərzaq bağlamaları günün birinci yarısında həmin ailələrə çatdırılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.