Aztəminatlı tənha təhsil işçiləri diqqət mərkəzində saxlanılır
Ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək əlaməti olaraq Laçın rayonu üzrə ehtiyacı olan ailələrə maddi və mənəvi köməkliklər göstərilir.
Belə ki, 07.04.2020-ci il tarixdə Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Laçın rayon komitəsinin dəstəyi ilə Laçın Rayon Təhsil Şöbəsi tərəfindən yaşı 65-dən yuxarı olan bir qrup imkansız və tənha təhsil işçilərinə onların məskunlaşdıqları ünvanlara baş çəkilərək, onlara maddi yardımlar olunmuşdur. Həmin ailələrə ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılmış, koronavirus infeksiyasına yoluxmamaq üçün fərdi maarifləndirici söhbətlər aparılmış, Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə olunaraq, “Evdə qal" çağırışı edilmişdir.
Həmin təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişdilər.