Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidir

06 aprel 2020 | 16:00

      Ölkəmizdə  koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən keçirilən  tədbirlərə həmrəylik əlaməti  olaraq  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Laçın  Rayon bölməsi tərəfindən yaşı 65-dən yuxarı olan bir qrup laçınlı imkansız və  kimsəsiz ailələrə humanitar yardım edilmişdir.
    Humanizim və insanpərvərlik prinsiplərindən irəli gələn tədbirin əsas məqsədi koronavirusun yayıldığı bir vaxtda ahılyaşlı insanların  sosial təcridin gücləndirilməsi bu yaş qrupuna aid olan sakinlərin virusa yoluxmadan mühafizəsini  təşkil etməkdir. İlkin olaraq  Qızıl Aypara Cəmiyyətinin Laçın  Rayon bölməsinin  qeydiyyatında olan,  Bakı şəhəri  ərazisində müvəqqəti məskunlaşan bir qrup tənha, kimsəsiz, ailə başçısını itirmiş ailələrə onların məskunlaşdıqları ünvanlarda fərdi qaydada ərzaq bağlamaları paylanılmışdır. Ərzaq paylanışı zamanı QAC-nin Laçın   rayon bölməsinin sədri Əli Hüseynov  sakinlərlə koronavirus infeksiyası (COVİD-19)  yoluxmamaq üçün müvafiq maarifləndirmə və izahat işləri aparmış, onlara “Evdə qal,  sağlam ol” çağırışı edilmiş, bu kimi tədbirlərin davamlı olacağı bildirilmişdir.
       Köməklik olunan ailələr onlara göstərilən qayğıya, mehriban münasibətə görə  öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər