Şriftin ölçüsü :

Saytın rəngi :

İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.

04 aprel 2020 | 16:00

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  diqqət və qayğısı ilə  ölkəmizdə   şəkərli diabet  və  digər imtiyazlı xəstələrin zəruri dərman və tibbi ləvzimatla təminatı  ilbəil xeyli yaxşılaşdırılır.
      Xüsusilə, bu sahədə  Dövlət Proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında və  bir sıra xəstəliklərdən əziyyət çəkən  vətəndaşların müalicə olunmasında çox böyük layihələrə imza atmışdır.
          Bu sahədə işlər Laçın  rayonunda da  ardıcıl olaraq davam etdirilir.Bununla əlaqədar cari ilin ötən  dövründə  Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzidən Rayon Mərkəzi Xəstəxanası Publik şəxsdə qeydiyyatda  olan  348 nəfər şəkərli diabet xəstəsi 25 adda,   90 nəfər ruhi-əsəb xəstələri isə 18 adda dərman pereparatı ilə təmin olunmuşlar.
          Hazırda dünyada “Koronavirus (COVİD-19) xəstəliyinin geniş yayıldığı bir vaxtda  Laçın Rayon İcra Hakimiyyətivə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə  dərman paylanışına  laçınlı könüllülər də həvəslə qoşularaq imtiyazlı xəstələrə dərman preparatlarının evə çatdırılmasında  yaxından iştirak edirlər.
       İmtiyazlı xəstələr onlara göstərilən tibbi xidmətdən və insanpərvərlikdən  razı qaldıqlarını və bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər