Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.
Laçın Rayon İcra Hakimiyyətində yaradılmış xüsusu qərargahın təşkilatçılığı ilə 02.04.2020-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı qabaqlayıcı proflaktik tədbirlər davam etdirilmişdir.
Belə ki, ərazidəki məcburi köçkün qəsəbələrində 3 inzibati binada, 2 ərzaq mağazasında, 2 bankomatda, park və meydanlarda dezinfeksiya tədbirləri aparılmışdır.
Gün ərzində qərargah üzvləri və mobil qruplar tərəfindən yerlərdə əhali arasında marifləndirmə və izahat işləri davam etdirilmiş, əhalinin maksimum evdə qalması haqqında çağırışlar edilmişdir.
Görülmüş bu tədbirlər sakinlər tərəfindən anlaqlıqla qəbul edilmiş, onlara verilmiş tövsiyələr müsbət qarşılanmışdır.