Xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanmışdır
2020-ci il 26 mart tarixində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri arasında xüsusi qayğıya daha çox ehtiyacı olan ahıl-yaşlı sakinlərə, şəhid ailələrinə ərzaq bağlaması paylanmışdır. Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sakinlərlə Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində maarifləndirmə işləri aparılmaqla, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmasının qadağan olunmasının koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət etdiyi bildirilmişdir.
Xüsusi qayğıya daha çox ehtiyacı olan ahıl-yaşlı sakinlər, şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.