Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır

24 mart 2020 | 16:00

    Respublikanın bütün bölgələrində olduğu kimi  Laçın rayonu üzrə koronavirus (COVİD -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür
      Rayon sakinlərinin  koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müavfiq qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
    İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Laçın  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları müəyyən olunmuş  tədbirlərə uyğun olaraq ərazidəki  ümumi istifadə yerlərində, həmçinin  rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxana və klublarında, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi  dezinfeksiya işləri aparılır. Hazırda bu işlər köçkünlərin  ərazidə məskunlaşdıqları  obalarda da davam etdirilir.
      Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Laçın Rayon İcra  Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dasirəsi  üzrə nümayəndələrinə   aidiyyəti göstərişlər verilmiş, görülən işlər barədə  mütəmadi olaraq məlumatlar alınaraq ümumi vəziyyət nəzarətə götürülmüşdür.
      Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən görülən bütün işlər müvafiq kimyəvi preparatlar vasitəsi ilə həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin görülən  dezinfeksiya tədbirləri ilə yanaşı sakinlərə hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi  onlara izah edilir.

Keçidlər