Laçın Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Xüsusi Qərargah yaradılmışdır.
2020-ci il 20 mart tarixində Laçın rayon sakinləri arasında baş vermiş ölüm hallarının dərhal dövlət qeydiyyatına alınması üçün Laçın Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 19 mart tarixli müvafiq sərəncamı ilə yaradılmış Xüsusi Qərargahın iclası keçirilmişdir.
Qərargah üzvlərinin iştirakı ilə keçirilən iclası Xüsusi Qərargahın sədri- Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli açaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində görülmüş işlərdən danışaraq, bu məqsədlə qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərlə bağlı rayon sakinləri arasında baş vermiş ölüm hallarının dərhal dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq işlərin həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti başçısı yanında Xüsusi Qərargahın yaradıldığını bildirmişdir.
Eyn zamanda bildirilmişdir ki, rayon sakinləri arasında baş vermiş ölüm hallarının dərhal dövlət qeydiyyatına alınması və bununla bağlı bütün tədbirlərin, o cümlədən müvafiq məlumatların aidiyyəti dövlət qurumlarına vaxtında, düzgün ötürülməsi işinin təşkili məqsədilə Laçın Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr ötən müddət ərzində dərhal məlumatlandırılmış, vəfat etmiş sakinlər barədə məlumatların dərhal toplanaraq müəyyən olunmuş vaxtda aidiyyəti dövlət orqanlara göndərilməsi təmin edilmişdir.
İclasda Qərargah üzvlərinə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.