Laçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir
Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında təsdiq edilmiş tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilat, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və ümumtəhsil məktəblərində tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslərin keçirilməsi, Azərbaycan Respublikasının dövlət bayraqlarının endirilməsi təmin olunmuşdur.
2020-ci il 26 fevral tarixdə Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. Taxta körpü qəsəbəsi ərazisimdəki Şəhidlərin Xatirə Kompleksi qarşısında 900 nəfərdən çox rayon sakininin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları tərəfindən Taxta Körpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq abidənin önünə tər qərənfillər düzülmüşdür.
Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salınaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən qatı cinayət olduğu bildirilərək, bu dəhşətli faciəyə real qiymətinin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu missiyanın uğurla davam etdirilməklə faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir. Eyni zamanda mərasimdə yağı düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsi istiqamətində görülən işlərdən danışılaraq, hər bir azərbaycanlı vətəndaşının narahat şəhid ruhları qarşısında borclu olmaqla hər an mübarizəyə hazır olmaları xüsusi ilə qeyd edilmişdir.
Mərasimində faciəni öz gözləri ilə görmüş rayon sakinləri o qanlı gecəni erməni faşizminə qarşı nifrətlə xatırlayaraq həmin hadisəni heç zaman yadaşlardan silinmədiyini, bu hadisələrin bir daha təkrarlanmaması üçün ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, hər bir ailədə xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar.