Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

19 fevral 2020 | 16:00

   2020-ci il 19 fevral tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın  rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunları və  qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov iştirak etmişdir.
   İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
   Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığını, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığını bildirilməklə, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları  ərazilərdə də xeyli abadlıq və quruculuq işlərinin aparıldığını bildirmişdir. Məruzədə həmçinin minnətdarlıq hissi ilə bildirilmişdir ki, Ağcabədi rayonunun Taxta Körpü ərazisində 645 ailəlik müasir tipli 3 qəsəbənin, eyni zamanda rayonun ümumtəhsil müəssisələri üçün 2 modul tipli məktəb binasının quraşdırılması laçınlı köçkünlər tərəfindən razılıqla qarşılanmışdır.
    Hesabat dövründə Taxta Körpü ərazisində çınqıl örtüklü avtomobil yollarının 22,3 km hissəsində cari təmir və yolların saxlanması işləri görülmüş, ərazidə  məskunlaşmış  köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün  0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işlərinin görüldüyü, 12000 metr naqil xəttinin yenisi ilə əvəz olunduğu, obalarda 8 ədəd yeni transformatorun quraşdırıldığı, 10 ədəd transformatorun əsaslı təmir edildiyi  barədə geniş məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, obalarda əhalinin içməli su təminatını yaxşılaşdırılması üçün mövcud su-nasos stansiyaları təmir edilərək, istismar müddətini başa vurmuş 1560 metr su xətti yenisi ilə əvəz edilmiş, 157 km suvarma kanalı lildən təmizlənmişdir. 
    Həmçinin qeyd edilmişdir ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2019-cu il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 50 səyyar qəbul keçirilmiş, 3725 nəfərin iştirak etdiyi bu qəbullarda  609  nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılmış, yerlərdə mümkün olan problemlərin  həll olunması üçün aidiyyəti təşkilatlara göstərişlər verilmişdir.
Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirmişlər.
   Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən obalarararası çınqıl örtüklü avtomobil yollarının əsaslı təmiri,  Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə mexaniki tipli qaz sayğaclarının smart tipli sayğaclarla əvəz olunması və qəsəbəyə təsərrüfat suyunun çəkilməsi kimi təkliflər bildirilmişdir.
   Sonda qarşıda duran vəzifələrin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər