Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir.

30 yanvar 2020 | 16:00

    2020-ci il 30 yanvar tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul etmişdir.
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin də iştirak etdiyi qəbulda 125 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu əsasən Taxta Körpü ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin bərpası,  məcburi köçkün statusunun bərpa olunması, müalicə məsələlərinə köməklik olunması, yaşayış evlərinin təmiri, veteran vəsiqəsinin verilməsi, birdəfəlik maddi köməklik edilməsi,  Taxta Körpü ərazisindəki asfalt örtüklü magistiral yolun təmiri, işlə təmin olunma, özünüməşğulluq proqramına cəlb edilmə məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər