“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”dür
2023-cü il 1 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətində “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Elçin Rəcəbov, Qarabağ Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, kapitan İntiqam Mikayılov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Laçın Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri olmaqla, 114 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərinin adından salamlamış, “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar onlara səmimi təbriklərini çatdırmışdır.
Sonra “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, kapitan İntiqam Mikayılovun məruzəsi dinlənilmişdir.
Daha sonra tədbir iştirakçılarını mülki müdafiə, yanğın təhlükəsizliyi, təbii fəlakətlər, fövqəladə hallar, texnogen hadisələr barədə onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmış, bu məsələlərlə bağlı maarifləndirici materialların əhali arasında geniş şəkildə yayılmasının vacibliyi bildirilmişdir.
Tədbir Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tərəfindən bağlı elan edilmişdir.