Şriftin ölçüsü :

Saytın rəngi :

“1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilmişdir.

27 fevral 2026 | 15:12

2026-cı il 27 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətində “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Apratının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsininmüdirinin müavini - Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) - Laçın Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının rəhbəri Elsevər Yusifov çıxış edərək Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2026-cı il üçün “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün “Dayanıqlı və sabit gələcək naminə ekoloji risqlərin idarə edilməsi” mövzusu üzrə keçirilməsinin qərara alındığını qeyd edərək, Laçın Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün təsdiq olunmuş Mülki müdafiə tədbirlər planına əsasən rayon ərazisində fəaliyyət göstərən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirmişdir.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehti Əsədulayev, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Səyyad Hüseynov və digərləri ərazidə mülki müdafiəyə hazırlığın təşkil olunması, əhalinin və işçilərin bu sahədə maarifləndirilməsi işinin aparılması üçün rayon ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən tədbirlər planının tərtib edildiyini vurğulamışlar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Keçidlər