“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi
1 iyun 2023-cü il tarixdə Laçın rayonunun uşaq bağçası - körpələr evlərində “1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.
Tədbirlərdə məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etmişlər. Çıxışlarda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqlar təbrik edilmiş və onlara göstərilən diqqət və qayğıdan danışılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.
Çıxış edənlər bir daha uşaqları təbrik edərək onlara gələcək işlərində uğurlar diləmişlər.