“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə Təhsil sektorunun tərəfdaşlığı ilə rayonun məktəbəqədər və ümumtəhsil məktəblərində “Konstitusiya və suverenlik ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı müxtəlif nominasiyalar üzrə silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə xüsusilə vurğulanıb ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi diqqət və qayğı göstərilir.
Qeyd olunub ki,ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmaqla bu siyasət 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkəmizim Rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ili “Uşaq ili” elan etməsi ilə yanaşı 1 iyun tarixinin ölkəmizdə geniş şəkildə uşaq günü kimi qeyd edilməsi bu məsələyə göstərilən diqqətin nümunəsidir.
Bununla yanaşı ölkəmizdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara daim diqqət və qayğı göstərilməklə vaxtaşırı uşaqlarla bağlı mühüm layihələr reallaşdırılır.
Daha sonra tədbirlər şagirdlərin və körpələr evi-uşaq bağçalarının balaca “fidanlarının” ifasında Vətən haqqında şeirlər və mahnılar dinlənilməklə musiqili rəqs nömrələri ilə davam etdirilmişdir.