Şriftin ölçüsü :

Saytın rəngi :

1 dekabr - Laçın rayonunun işğaldan azad olunması günüdür.

01 dekabr 2022 | 12:15

     İki il əvvəl olduğu kimi bu gün də hər bir laçınlı rayonun işğaldan azad edilməsi ilə bağlı  ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin iki il əvvəl söylədiyi tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sevinc dolu  təəssüratı ilə yaşayırlar. 

   2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində  Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı  Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə   yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan  azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.

    1 dekabr 2022-ci il tarixdə Laçın rayonunun işğaldan azad edilməsinin  ikinci ildönümü ilə bağlı rayonun icra strukturlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində tədbir keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanları, idarə müəssisə rəhbərlərinin, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirak etdiyi tədbirdə ərazidəki  şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə kompleksi” ehtiramla yad edilərək abidə  önünə tər güllər düzmüşlər. Sonra tədbir iştirakçıları könüllülərin  iştirakı ilə  Taxta Körpü  qəsəbəsi ərazisində 600 ədəddən çox həmişəyaşıl ağac əkmişlər.
     Yaxın zamanlarda öz ata-baba yurdlarına dönəcəkləri günü gözləyən laçınlılar qəti əmindirlər ki, qısa müddət ərzində  Laçın rayonu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əvvəlkindən də gözəl və inkişaf etmiş bir bölgəyə çevriləcəkdir.

Keçidlər