1 dekabr - Laçın rayonunun erməni işğlından azad olunduğu gündür.
44 günlük Vətən müharibəsindən ötən müddət ərzində olduğu kimi bu gün də bütün laçınlılar rayonun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 1 dekabr 2020-ci ildə söylədiyi tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sevinc dolu təəssüratı ilə yaşayırlar.
Məlum olduğu kimi 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında qalan Laçın rayonunun Azərbaycan üçün necə dəyərli olmasını ölkəmizin o füsunkar guşəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi olması, Laçının dəniz səviyyəsindən 700-3600 metr yüksəklikdə yerləşməsi faktı çox aydın göstərir.
Ərazisində 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarına, civə, əlvan və üzlük daşları, sement və tikinti daşı yataqları ilə zəngin olan bu rayonun 18 may 1992-ci ildə işğal olunması ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı, rayonun 65 mindən çox əhalisi etnik təmizləməyə məruz qalaraq, doğma torpağından qovuldu, 300-dən çox insan həlak oldu və itkin düşdü, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı, Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi.
Erməni faşistləri Laçındakı coğrafi adları dəyişdirərək, təbii resursları talan etməklə, əslən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada məskunlaşdırmaqla demoqrafik tərkibi dəyişdirməyə çalışdılar.
Nəhayət, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Bbaş Kommandan cənab İlham Əliyein rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən Möhtəşəm Zəfərimiz sayəsində Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi. Onu da qeyd etməliyik ki, bu tarixədək şanlı Ordumuz tərəfindən Laçının Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdir.
İftixar hissi ilə bildiririk ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisədir.
Qürurverici haldır ki, 2021-ci il fevralın 14-dən başlayaraq bu üç il müddətində dövlət başçısı cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma və bərpa işlərini şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Qeyd olunmalıdır ki, əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Birinci Dövlət Proqramına əsasən 2023-cü ilin 28 may tarixindən etibarən qayğıkeş dövlət başçısı cənab İlham Əliyevinn xeyir-düası ilə yüzlərlə laçınlı ailəsi 30 illik həsrəttdən sonra dərin sevinc və minnətdarlıq hissi ilə ata-baba yurdlaına qayıdırlar.
Bu gün hər bir Laçınlı əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir. Bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq.