Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Ağcabədi rayonu Taxta-körpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları obalarda mövcud infrastruktur barədə
Məlumat

1992-ci ilin məlum may hadisələrindən sonra Laçın rayonundan olan məcburi köçkünlərin 13 min nəfərdən çoxu Ağcabədi rayonunun Taxta-körpü ərazisində 84 obada məskunlaşmışlar. Hazırda rayonun bütün icra strukturları öz fəaliyyətlərini Taxta-körpü ərazisində davam etdirmişdir. Həmçinin aparılmış məqsədyönlü iş nəticəsində mövcud infrastruktur formalaşmışdır.Dövlət Proqramına uyğun olaraq 610 ailəlik bütün infrastruktura malik 3 qəsəb inşa olunmuşdur. Rayonun idarə və müəssisələrinin Taxta-körpü ərazisində fəaliyyət göstərməsi üçün aparılmış ardıcıl iş nəticəsində Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon Polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun Rayon şöbəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, Rayon Rabitə qovşağı, rayon Təhsil, Mədəniyyət şöbələri, Rayon Mərkəzi Xəstəxanası, 55 saylı Yol İstismarı MMC, Rayon Suvarma Sistemləri İdarəsi, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar tikilib istifadəyə verilmişdir.
Hazırda Taxta-körpü ərazisində 26 ümumtəhsil, 23 səhiyyə, 51 mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Taxta-körpü ərazisində məskunlaşmış ailələri elektrik enerjisi ilə təmin etmək üçün 1 ədəd 35/10 kvt-luq yarımstansiya, 139 ədəd transformator və ümumi uzunluğu 549 km olan paylayıcı şəbəkə xidmət göstərir. Köçkünlərin içməli suya olan tələbatını ödəmək üçün 217.8 km uzunluğunda içməli su şəbəkəsi tikilmişdir. Taxta körpü ərazisində 103.5 km uzunluğunda çınqıl örtüklü, 9 km uzunluqda asfalt avtomobil yolu tikilib istifadəyə verilmişdir.
Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün 339.8 km uzunluğunda təsərrüfat su kanalı şəbəkəsi yaradılmışdır.
Taxta körpü qəsəbəsində 256 nömrə tutumluq EATS quraşdırılmış, 175 mənzil telefonlaşdırılmışdır.

Gələcəkdə görüləcək infrastruktur layihələri

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına 21 fevral 2011-ci il tarixli Sərəncamı ilə Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq Ağcabədi rayonun Taxta- körpü ərazisində yeraltı qazma və daxallarda xüsusi ilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsi bütün infrastruktura malik qəsəbələrin salınması nəzərdə tutulmuşdur.
 

Keçidlər