Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsi əlilləri və Şəhid ailələrinə bayram sovqatı paylanıldı

30 dekabr 2019 | 16:00

   31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Laçın rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri ilə fərdi qaydada görüş keçirilmişdir. Görüş əsnasında hər bir ailənin həyat şəraiti ilə yaxından maraqlanılmış,  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar söhbət aparılaraq bu tarixi günün Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranmasının tarixi əhəmiyyətindən danışılmışdır. Bu gün də bu həmrəyliyin Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndirilməsi qeyd olunmuşdur.
     Görüşün sonunda Rayon İcra Hakimiyyətinin və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən hazırlanan bayram sovqatı Qarabağ əlillərinə və Şəhid ailələrinə paylanılmışdır.
    Bununla yanaşı Laçın Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi və qış obalarında məskunlaşmış Qarabağ müharibəsi əlilləri və Şəhid ailələrinə də bayram sovqatı paylanılmışdır.
     Bayram tədbiri bütün iştirakçılarda yüksək əhval ruhiyyə və xoş ovqat yaratmışdır.

Keçidlər