Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldular

06 dekabr 2019 | 16:00

     Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi təşəbüsünə böyük həvəslə qoşulan laçınlılar məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü ərazisində ağacəkmə aksiyası keçirmişlər.
   Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərlinin iştirakı ilə keçirilən tədbirdə çoxsaylı rayon gəncləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri tərəfindən ərazidəki Heydər Əliyev adına parkda, Gənclər parkında, idarə və müəssisələrin həyətində 2 min ədəddən çox həmişəyaşıl və digər növ ağaclar əkilmişdir.
        Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Bu münasibətlə il ərzində təkcə ölkəmizdə deyil bir sıra xarici ölkələrdə də xalqımızın böyük şairi İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan müxtəlif  tədbirlər keçirilmiş  xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının yaradıcılığına hərtərəfli diqqət yetirilmişdir.
             Bu gündə xalqımız, hələ sovet dönəmində dahi şairin 600 illik yubileyinin  ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilməsini  xoş xatirə kimi xatırlayır, böyük söz ustadının 600 illiyinin  UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilməsindən,  şairin poetik irsinin  qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etməsindən qürur duyur.
            Ənənəvi olaraq xalqımızın  milli-mənəvi dəyərlərinin müasir gəncliyə təbliği və tanıdılması baxımından Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı iliə 2019-cu ilin “Nəsimi ili” elan olunması,   Azərbaycanın Birinci vitse  -prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda yaşılıqların salınması mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğunu, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfə olmaqla hər bir azərbaycanlıda yüksək fərəh hissi yaradır.
           Rayon mədəniyyət evinin bədii özfəaliyyət kolletivinin ifasında milli müsiqi sədalarının  müşayiəti ilə keçirilən ağacəkmə aksiyası hər bir iştirakçıda yüksək əhval-ruhiyyə yaratmışdır.

Keçidlər