Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdur

20 noyabr 2019 | 16:00

    Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatında tədbir keçirilmişdir.
     Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini -Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq qeyd etmişdir ki,  bu gün üzərimizdə üzvlük vəsiqəsini fəxrlə daşıdığımız Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Natiq bu münasibətlə Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvlərini, İcra katibliyinin rəhbərliyini, partiyanın 700 mindən çox üzvünü, təəssübkeşlərini təbrik etmişdir. 
   Eyni zamanda çıxışda bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Yeni Azərbaycan Partiyasının  yaradıcısı, Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr bu gün Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
    Tədbirdə digər çıxış edən rayon ziyalıları, partiya fəalları xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildirmişlər.
   Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup Laçınlı gənclərə Partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər