Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı kənd təsərrüfatı məhsulları istehsalçıları Taxta Körpü ərazisindəki obalarda gələn ilin məhsulu üçün əkin-səpin işlərinə başlamışlar

05 sentyabr 2019 | 16:00

    Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı, sahəsi 31.6 min hektar olan Ağcabədi rayonunun  Taxtakörpü ərazisindəki obalarda növbəti ilin məhsulu üçün əkin-səpin kampaniyasına start verilmişdir.
     Belə ki, bu günədək Qarakeçdi obasında 53 hektar, Sonasar obasında 35 hektar, Minkənd obasında 30 hektar, Malıbəy obasında 25 hektar, Cağazur obasında 25 hektar, Əhmədli obasında 21 hektar,  Fərraş obasında 20 hektar, Ərdəşəvi obasında 20 hektar, Qarıqışlaq obasında 20 hektar,Qoşasu obasında 17 hektar, Hacılar obasında 15 hektar, Alxaslı obasında 12 hektar, Ağcakənd obasında 11 hektar, Cağazur obasında 10 hektar, Fingə obasında 7 hektar, Sadınlar obasında 5 hektar və Şeylanlı obasında 3 hektar ümumilikdə isə payızlıq əkin üçün cəmi cəmi 329 hektar sahədə yay şumu aprılmışdır. Hazırda şumlama işləri davam etdirilməklə, sahələrdə müxtəlif markalı 14 traktor işləyir.
     Səpin öncəsi Laçın Suvarma Sistemləri İdarəsinin tərəfindən suvarma kanalları lil və çöküntülərdən təmizlənmiş, təbii su mənbələrindən öz axımı və mexaniki üsulla qaldırılan suvarma suyunun əkin sahələrinə qədər itkisiz çatmasını, növbəli suvarmanın təşkil olunmasını, suvarma kanallarının qorunmasını təşkil etmək istiqamətində lazımi işlər görülmüşdür. Obalarda payız əkininin optimal dövrdə başa çatdırılması üçün rayonun aidiyyati xidmət təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına lazımi köməkliklər göstərilir. Bu sahədə işlərin vəziyyətini öyrənmək üçün Laçın Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyev 5 sentyabr 2019-cu il tarixdə Laçın Dövlət Aqrar İnkişaf  Mərkəzinin mütəxəssisləri ilə birlikdə ətraf obalarda olmuş, aparılan işlərlə tanışlıqdan sonra əkin-səpin işlərinin vaxtında başa çatdırılması üçün aidiyyati idarələrə müvafiq tapşırıqlar, istehsalçılara isə lazımi tövsiyələr vermişdir.
     Məcburi köçkün kənd təsərrüfatı məhsulları istehsalçıları onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər