Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

24 avqust 2019 | 16:00

2018-2019-cu tədris ilində Laçın rayonunun ümumtəhsil məktəblərini bitirən 887 məzundan 664 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarına sənəd verib, onlardan 433-ü tələbə adını qazanmışdır. Tələbə adını qazanan gənclərdən 67-si 500-dən, o cümlədən 14 nəfəri 600-dən çox bal toplamışdır.
      Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni rayonun Alıqulu kənd, 31 və 33 nömrəli tam orta məktəblərinin məzunları göstərmişdir. Belə ki, 31 nömrəli tam orta məktəbin 13 məzunundan 8-i, 33 nömrəli tam orta məktəbin 18 məzunundan 14-ü, Alıqulu kənd tam orta məktəbinin 19 məzunundan 13-ü ali məktəblərə qəbul olmuşdur. 33 nömrəli tam orta məktəbin məzunu Toğrul Ələkbərzadə imtahanlarda 689 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərmişdir.

Keçidlər