Şriftin ölçüsü :

Saytın rəngi :

9 May - Faşizm üzərində Qələbə günü münasibətilə laçınlı Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir

09 may 2019 | 16:00

   9 May - Faşizm üzərində Qələbə  gününün 74-cü ildönümü münasibətilə Laçın rayonundan olan Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
   2019-cu il 9 may tarixində Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Ağcabədi rayonunun Tacta Körpü ərazisindəki müxtəlif obalarda müvəqqəti məskunlaşmış Böyük Vətən Müharibəsi iştirakçıları - Abbasov  İbiş Nəcəfqulu oğlu, Əzizov İxtiyar Surxay oğlu, Quluyev Alıqulu İbrahim oğlu ilə görüşmüş, onları Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adından 9 May - Faşizm üzərində Qələbə günü münasibətilə təbrik etmiş, onlara uzun ömür, cansağlığı arzulamışdır.
   Görüş zamanı ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımıza, eləcə də Böyük Vətən Müharibəsi iştirakçılarına Ulu öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, Böyük Vətən Müharibəsi iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması və onların həyat şəraiti hər zaman dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Böyük Vətən Müharibəsi iştirakçıları keçdikləri çətin və şərəfli döyüş yolundan söz açmış, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və ikinci dəfə qələbə sevinci yaşayacaqlarına əminliklərini ifadə etmişlər.
   Görüş keçirilən Böyük Vətən Müharibəsi iştirakçıları və onların ailə üzvləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər