Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

25 aprel 2019 | 16:00

    2019-cu il 25 aprel tarixdə Laçın  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında  görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov  bidirib ki, Zərifə xanım  Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
    Eyni zamanda  tədbirdə Rayon Mərkəzi  Xəstəxanasının baş həkimi Güllü İbadova  və digər çıxış edənlər də Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan ətraflı söhbət açaraq onun peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara  həkk olunduğunu bildirmişlər.
   Tədbirdə  iştirak edən rayon sakinləri göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildirməklə, hər il  ölkə başçısının tapşırığına əsasən əhalinin müayinə olunması ilə bağlı görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər