Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də bir sıra tədbirlər keçirilmişdir

08 aprel 2019 | 16:00

   Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də bir sıra tədbirlər həyata keçirilmişdir.
    7 aprel 2019-cu il tarixdə Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə qəsəbə ərazisində ümumrayon tədbiri keçirilmişdir.    
Coxsaylı rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi, yüksək coşqunluq və fəallıq şəraitində keçirilən bayram tədbirini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə tədbir iştirakılarını təbrik etmiş, Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisənin baş verdiyini bildirmişdir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycan əhalisinin sayının sürətlə artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsində baş vermişdir. Natiq eyni zamanda bildirmişdir ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olmuşdur. Eyni zamanda çıxışda bildirilmişdir ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır. Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan vermişdir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
   Daha sonra tədbir mədəniyyət işçilərinin hazırladıqları möhtəşəm konsert proqramı ilə davam etdirilmişdir. Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərinə yüksək əhval ruhiyyə bəxş etmişdir.
    Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları  fləşmob sakinlər tərəfindən maraqla qarşılanmışdır.
     Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə 8 aprel 2019-cu il tarixdə qəsəbə ərazisində ağacəkmə aksiyası həyata keçirilmiş, 350 ədəd həmişəyaşıl ağacı əkilmişdir.

Keçidlər