Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü qəsəbəsi ərazisindəki modul tipli məktəblərin quraşdırılması davam etdirilir.

27 dekabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılacaq modul tipli 8 məktəbdən 3-ü Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində fəaliyyət göstərən rayonun Ağbulaq kənd tam orta, Sonasar və Katos kənd ümumi orta məktəbiləridir.
         Sərəncamdan ötən müddət ərzində məktəblərin tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir. Laçın Rayon İcra Hakimiyyətinin  başçsı Aqil Nəzərli 27 dekabr 2018-ci il tarixdə rayonun Ağbulaq obasında olmuş, ərazidə aparılan modul tipli quraşdırma işləri ilə yerindəcə tanış olmuşdur.
         Sonra məktəb kollektivi və rayonun Ağbulaq kənd sakinləri ilə görüşən rayon rəhbəri qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik etmişdir. Rayon rəhbəri çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görüldüyünü, 90-dan artıq müasir yaşayış kompleksi və qəsəbə salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalı altında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Ağbulaq kənd tam orta məktəbinin kollektivi və kənd sakinləri modul tipli məktəblərin quraşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının onların fəaliyyət göstərdikləri məktəbə də şamil olunmasını sevinclə qarşıladıqlarını, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə və Rayon İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər