Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir

07 dekabr 2018 | 16:00

    07.12.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında müvəqqəti məskunlaşmış Qarakeçdi və Katos kənd sakinləri ilə görüşü-səyyar qəbulu keçirilmişdir.

    Həmin ərazidə fəaliyyət göstərən Laçın rayonunun Qarakeçdi kənd 1 nömrəli tam orta məktəbində keçirilən görüş-səyyar qəbulda 64 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.

   Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, ölkə üzrə məcburi köçkünlərin xüsusilə laçınlı köçkünlərin əvvəlki illərdə olduğu kimi cari ildə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü, yüzlərlə laçınlı köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini, bu sahədə işlərin davam etdirilməklə hazırda Ağcabədi rayonu Taxtakörpü ərazisindəki obalarda 645 ailəlik yeni yaşayış qəsəbələrinin tikintisi ilə bağlı hazırlıq işlərinin yekunlaşdırıldığını, həmçinin ölkə başçısının sərəncamına uyğun olaraq ərazidəki Katos və Ağbulaq obalarında modul tipli məktəblərin tikintisinə başlanıldığını qeyd edərək laçınlılar adından ölkə başçısına minnətdarlığını bildirdi. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək, erməni işğalında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirdi. Görüş səyyar-qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ərazidə məskunlaşmış sakinlər həmçinin Rayon İcra Hakimiyyətinin köməkliyi ilə görülmüş işlər barədə məlumat verdi. Səyyar qəbulda 11 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

   Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndəlyin əməkdaşları iştirak etmişlər. Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə daim həssaslıqla yanaşdığına görə Ölkə rəhbərinə və Laçın Rayonu İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Keçidlər