Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar “Hər ailə ağac əksin” devizi altında başlanan aksiyaya qoşulmuşlar

21 noyabr 2018 | 16:00

    Dövlətimizin başçısı cənab İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə ölkəmizdə “Hər ailə ağac əksin” devizi altında başlanan aksiya Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də davam etdirilmişdir.

    2018-ci il 21 noyabr tarixdə Taxta Körpü qəsəbəsində təşkil edilmiş bu aksiya qəsəbənin müxtəlif ərazilərində, parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində həyata keçirilmişdir.

     Laçınlılar bu aksiyanın mövsümə uyğun mütəmadi olaraq, davam etdirəcəklərini qərara almışlar.

Keçidlər