Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya başa çatmışdır

19 noyabr 2018 | 16:00

    “Ölkəmizi tanıyaq” adı altında 14-17 noyabr 2018-ci il tarixlərdə təşkil edilmiş maarifləndirici tur-aksiyada Ağdam, Xocavənd, Bərdə, Tərtər, Ağcabədi və digər rayonlarla yanaşı Laçın rayonunun ümumtəhsil məktəbliləri də iştirak etmişdir.

     14-17 noyabr 2018-ci il tarixləri əhatə edən bu turda şagirdlər Quba, Qusar, Xaçmaz rayonları ilə tanışlıqdan sonra  1-ci gün Quba şəhərində Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Quba Cümə məscidi, Qırmızı Qəsəbə, Quba soyqırım Memorial kompleksi, ”Azərxalça”, “Abad Factory”, Tağlı Körpü, “Quba Palace” mehmanxana kompleksi, Qolf meydançası ilə tanış olmuşlar.
      Sonrakı gün şagirdlər Qusar rayonuna yola düşmüşlər. Onlar burada “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Həzrə kəndində “Şeyx Cüneyt” türbəsi, Heydər Əliyev Mərkəzi, Tarixi diyarşünaslıq muzeyi, Rəsm qalereyasına ekskursiya, daha sonra Bayraq meydanından Qusar rayonunun panoramasını seyr etmişlər.

      Turun son günündə məktəblilər Xaçmaz rayonuna yollanmışlar. Burada onlar Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, ”Şəxsiyyətlər Muzeyi”, Çənlibel Parkında olmuş, beləliklə tur-aksiya başa çatmışdır.

       Laçınlı məktəblilər onlara göstərdiyi qayğıya və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər