Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilmişdir

01 noyabr 2018 | 16:00

        1 noyabr 2018-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir. Rayonda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları tərəfindən Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
      Tədbirdə  iştirak edən Rayon icra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara işlərində yorulmaz fəaliyyət arzu etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən Kənd təsərrüfatı sahəsində çalışanlara diqqətin və dövlət qayğısının məhz bu gün də dövlət başçımız İlham  Əliyev tərəfindən davam etdirildiyindən danışan natiq  Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir.
       Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmiş, dövlətimizin gələcəyi və inkişafı naminə bundan sonra da daha əzmlə çalışaqlarını bildirmişlər.

          Tədbirin sonunda kənd təsərrüfatı işçiləri Laçın rayon İcra Hakimiyyətinin Fəxri Fərman ilə təltif edilmişdir.

Keçidlər