Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi qeyd olunmuşdur

01 oktyabr 2018 | 16:00

    01.10.2018-ci tarixdə Laçın Rayon Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi qeyd etmişlər. Rayon Prokurorluğunun əməkdaşları və rayon fəalları Laçın  Rayon İcra Hakimiyyətinin inzibati binasının  qarşısındakı  Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.          
   Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli prokurorluq işçilərini bu peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
   Laçın rayon prokuroru Ceyhun Almasov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi ilə bağlı bütün prokurorluq işçilərini təbrik etmiş, prokurorluq işçilərinin   ölkəmizdə bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  önəmli rol oynamasından geniş söhbət açmışdır. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda prokurorluq işçiləri həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycanın ən stabil, ən sabit bir məmləkət olduğunu bildirən rayon prokuroru Ceyhun Almasov xalqımızın ümummilli lideri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan prokurorluq işçilərinin öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmələrindən fəxarətlə danışmışdır.
     Rayon prokuroru Ceyhun Almasov  1998-ci il 17 iyul tarixdə ölkə Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan  Xalq  Cümhuriyyətinin  Nazirlər  Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncamdan danışaraq,  ölkəmizin  müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prokurorluğunun  qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının  qorunmasına xidmət edən orqana çevrilməkl, sivil və demokratik inkişaf yolu keçdiyini bildirmişdir.
      Tədbirdə çıxış edən rayon fəalları prokurorluq işçilərini  peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında prokurorluq  orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.
       Tədbirin sonunda Rayon Prokurorluğunun işçiləri Laçın rayon İcra Hakimiyyətinin Fəxri Fərman ilə təltif edilmişdir.

Keçidlər