Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir

13 sentyabr 2018 | 16:00

       13.09.2018-ci il tarixdə Laçın Rayon Prokurorluğunda baş tutan toplantıda rayonun hüquq mühafizə, həmçinin ədliyyə orqanlarının rəhbərləri ilə yanaşı, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov da iştirak ediblər.

          İlk növbədə, prokurorluq orqanlarının bütün əməkdaşlarını, təqaüddə olan veteranları Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edən Laçın rayon prokuroru vəzifəsini icra edən Ceyhun Almasov bildirib ki, bu gün öz Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü qeyd edən prokurorluq orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşıb, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərib.

       Natiq qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub, cənab Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

      O, vurğulayıb ki, bu il 100 illiyini qeyd edəcək Azərbaycan prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq qurumunun təsis edilməsindən və məhkəmə orqanları sistemində fəaliyyətə başlamasından hesablanır. Ulu öndər Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək hər il oktyabr ayının 1-nin Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair 17 iyul 1998-ci il tarixli sərəncam imzalamaqla bu əlamətdar tarixi əbədiləşdirmişdir.

     Sonra tədbirdə çıxış edənlər prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

Keçidlər