Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri keçirilmişdir

14 iyun 2018 | 16:00

“Son zəng” tədbiri haqqında” Azərbaycan Respublikasının təhsil nazirinin 12.06.2018-ci il tarixli F-431 nömrəli əmrinə əsasən Respublikamızın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirlərinin 14.06.2018-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunması qərara alınmışdır.

Bunlarla bağlı Laçın Rayon Təhsil şöbəsi, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, aidiyyəti qurumlar “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmişlər.

Laçın rayonunun ümumtəhsil məktəblərində təşkil edilmiş “Son zəng” tədbirlərində Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli, başçının birinci müavini Tofiq Mirzəyev, başçının müavinləri İlqar İlyasov, Aynurə Həsənova, aparatın şöbə müdiri Aslan Abbasov, aparatın digər məsul işçiləri, Laçın Rayon Təhsil Şöbəsinin əməkdaşları, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri, valideynlər, sabiq məzunlar iştirak etmişlər. Təbirlərdə çıxış edənlər məzunlara ən xoş arzu və diləklərini çatdırmışlar.

Laçın Rayon Təhsil Şöbəsinin məlumatına əsasən 2017-2018-ci tədris ilində Laçın rayonunun 105 ümumtəhsil məktəbi üzrə 12 060 nəfər şagird təhsilə cəlb olunmuşdur. Bu il Laçın rayonunun 80 tam orta məktəbini 954 nəfər məzun bitirmişdir.

Məktəb direktorları, valideynlər və şagirdlər məktəblilərin “Son zəng” tədbirində iştirak etdikləri üçün Laçın Rayonu İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər