Şriftin ölçüsü :

Saytın rəngi :

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə bağlı tədbir keçirilmişdir

05 iyun 2018 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli 494 nömrəli Sərəncamına əsasən hər il iyun ayının 5-i  ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd edilir.
     Bununla əlaqədar olaraq 2018-ci il 5 iyun tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Suvarma Sistemləri İdarəsinin və Laçın Rayon Sukanal İdarəsinin kollektivinin iştirakı ilə geniş tərkibli tədbir keçirilmişdir.
    Əvvəlcə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov və Laçın Rayon Sukanal İdarəsinin rəisi Bayram Həsənov, eləcədə hər iki idarənin çoxsaylı işçiləri Ulu öndər Heydər Əliyevin Laçın  Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə tər gül dəstələri qoyaraq Ümummilli liderimizin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
    Sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli su təsərrüfatı və meliorasiya sahəsində çalışan işçiləri bu peşə bayramı münasibətilə təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə, eləcədə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərdən danışmış, məcburi köçkünlük şəraitində Taxta Körpü ərazisində fəaliyyət göstərən Laçın Suvarma Sistemləri və Laçın Rayon Sukanal idarələrinin kollektivlərinin əməyini də yüksək dəyərləndirmişdir.
    Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov və Laçın Rayon Sukanal İdarəsinin rəisi Bayram Həsənov öz çıxışlarında rayonda su təsərrüfatı və meliorasiya sahəsində çalışan işçilərə göstərilən diqqətə və lazımi köməkliklərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
   Sonda xidmətdə fərqləndiklərinə görə Laçın Suvarma Sistemləri idarəsi üzrə 1 nəfərə Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Laçın Suvarma Sistemləri idarəsi üzrə 3 nəfərə, Laçın Rayon Sukanal İdarəsi üzrə isə 3 nəfərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər