Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01 iyun 2018 | 16:00

    1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınmışdır.
    Həmin gün təşkil edilmiş “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd olunur.
    Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının 836 (IX) nömrəli qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının daha da gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən  2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan` olunmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il 18 fevral tarixli  163 nömrəli Sərəncamı ilə "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər planı" təsdiq olunaraq həyata keçirilmişdir.
    Bütün bunlar nəzərə alınaraq, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  hər il 1 iyun tarixdə Laçın rayonunun məktəbəqədər təhsil müəssisələri tərəfindən müvafiq tədbirlərin keçirilməsi də təmin olunur.

Keçidlər