Şriftin ölçüsü :

Saytın rəngi :

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində məcburi köçkünlərlə görüşmüşdür

30 may 2018 | 16:00

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2018-ci il 30 may tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Laçın Rayon Təhsil Şöbəsinin akt zalında Laçın və ətraf rayonlardan olan vətəndaşları qəbul etmişdir.
    Görüşdə Dövlət Komitəsinin şöbə və departament müdirləri, Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri iştirak etmişlər. Görüşə gələn 84 nəfər məcburi köçkün ayrı-ayrılıqda dinlənilərək, müraciət olunan məsələlərlə bağlı onlara geniş izahat və düzgün istiqamət verilmişdir.
    Komitə sədri qeyd etmişdir ki, məcburi köçkünlərin bütün problemlərinin həlli, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir.
   Görüş zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, kommunal xidmətlər, təmir-bərpa və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilmişdir. Dövlət Komitəsinin sədri Rövşən Rzayev həmin müraciətlərin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
    Məcburi köçkünlər onlarla göstərilən hərtərəfli və davamlı dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər